Bakı. Trend:
Saatlı rayonunda yanğın baş verib.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Potubəyli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 30 m² sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.