...

Şəmkirdə qazanxanada yanğın - Mazutla dolu çəllək alışdı

Hadisə Materials 29 Dekabr 2018 10:31 (UTC +04:00)
Şəmkirdə yanğın faktı qeydə alınıb.
Şəmkirdə qazanxanada yanğın - Mazutla dolu çəllək alışdı

Bakı. Trend:

Şəmkirdə yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Muxtariyyat kəndində ümumi sahəsi 40 m² olan qazanxananın yanar konstruksiyaları, içərisində tutumu 1 ton olan 2 ədəd mazutla dolu çəllək və ümumi sahəsi 400 m² olan istixananın polietilen üzlüyü 40 m² sahədə yanıb.

Məlumata görə, istixananın qalan hissəsi və yaxınlıqda tutumu 10 ton olan mazut çəni yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti