...

Məhkum oğluna hədiyyə gətirən ananın sovqatından heroin çıxdı

Hadisə Materials 3 Yanvar 2019 11:04 (UTC +04:00)
İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
Məhkum oğluna hədiyyə gətirən ananın sovqatından heroin çıxdı

Bakı. Samir Əli - Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Qurbanov Ramil Elyas oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Qurbanova Havayət Hacıdədə qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman başmağın daban hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 0,390 qram “Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti