...

Neft quyusunun borusunu oğurlamaq istəyən 3 nəfər saxlanılıb

Hadisə Materials 23 Yanvar 2019 12:23 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.

Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib.

Araşdrıma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti