...

Magistral yolda 2 zəncirvari qəza: 1 ölü, 11 yaralı

Hadisə Materials 29 Yanvar 2019 12:14 (UTC +04:00)
İranın Kərəc-Qəzvin magistral yolunda 2 zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb
Magistral yolda 2 zəncirvari qəza: 1 ölü, 11 yaralı

Bakı. Elnur Bağışov – Trend:

İranın Kərəc-Qəzvin magistral yolunda 2 zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Əlborz vilayəti təcili tibbi hallar mərkəzinin direktoru Mehrdad Babayi açıqlamasında deyib.

Babayinin sözlərinə görə, birinci yol qəzasında 1avtobus, 1 yük maşını və bir neçə avtomobil toqquşub. Nəticədə 4 nəfər yaralanıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

Digər yol qəzasında 2 ədəd pikap və bir neçə avtomobil toqquşub. Nəticədə 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Babayi Əlborz vilayətində güclü yağış nəticəsində yollar sürüşkən olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti