...

Binədə istixanada çətənə kolları aşkarlandı

Hadisə Materials 15 Fevral 2019 13:27 (UTC +04:00)
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Məcidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Binədə istixanada çətənə kolları aşkarlandı

Bakı. Trend:

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Məcidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti