...

Bakıda itkin düşən Əfqanıstan vətəndaşı xəstəxanadan tapıldı

Hadisə Materials 4 Mart 2019 15:05 (UTC +04:00)
Bakıda Əfqanıstan vətəndaşı itkin düşüb.
Bakıda itkin düşən Əfqanıstan vətəndaşı xəstəxanadan tapıldı

Bakı. Samir Əli - Trend:

Bakıda itkin düşən Əfqanıstan vətəndaşı tapılıb.

Trend-in məlumatına görə, Yasamal rayonu, Ü.Əkbərov küçəsi ev 86, mənzil 7-də kirayədə yaşayan Əfqanıstan vətəndaşı, 1981-ci il təvəllüdlü Muhamadi Abdul Aziz fevralın 28-də saat 23.00 radələrində idarə etdiyi motosikletlə çıxıb və geri qayıtmayıb.

Faktla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, Muhamadi Abdul Aziz həmin gün Yasamal rayonu ərazisində Bakı Kənar Dairəvi yolda motosikletlə idarəetməni itirərək maneəyə çırpılıb və ağır kəllə beyin travması ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti