...

Avtomobildə narkotik vasitə aşkarlanıb

Hadisə Materials 6 Mart 2019 08:11 (UTC +04:00)
Avtomobildə narkotik vasitə olan marixuana aşkarlanıb
Avtomobildə narkotik vasitə aşkarlanıb

Bakı. Trend:

Avtomobildə narkotik vasitə olan marixuana aşkarlanıb. Trend-in Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Honda" markalı minik avtomobili saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.

Bu zaman o, üzərində və ona məxsus avtomobildə qanunla qadağan olunan hər hansı bir predmetin olmadığını bildirib.

Bundan sonra nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı minik maşınının ön oturacaqlarının arasındakı sandıqçada gömrük orqanına bəyan olunmayan bir ədəd kağız bükülüdə 0.8 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti