Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb

Bakı. Trend:
Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumatda deyilir.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq