...

Sumqayıtda yaşayış binasında yanğın olub

Hadisə Materials 27 Mart 2019 16:52 (UTC +04:00)
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Sumqayıtda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Digər sayğaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti