Bakı. Trend:
Gəncədə minik avtomobili yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami rayonunda “VAZ” markalı minik avtomobilinin salon və mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.