...

Göyçayda işlədiyi fermadan heyvan oğurlayan çoban saxlanılıb

Hadisə Materials 7 May 2019 10:56 (UTC +04:00)
Göyçayda işlədiyi fermadan oğurluq edən çoban saxlanılıb
Göyçayda işlədiyi fermadan heyvan oğurlayan çoban saxlanılıb

Bakı. Samir Əli - Trend:

Göyçayda işlədiyi fermadan oğurluq edən çoban saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rauf Rəfiyev mayın 5-də ona məxsus fermadan ümumi dəyəri 750 manat olan 4 baş xırdabuynuzlu heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəfiyevə məxsus rayonun Bığır kəndində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini, 33 yaşlı Ceyhun Həsənov olduğu müəyyən olunub və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti