...

Astarada üçmərtəbəli evdə yanğın olub

Hadisə Materials 16 May 2019 23:48 (UTC +04:00)

Bakı. Trend:

Astarada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Kijəbə qəsəbəsində ümumi sahəsi 900 m² olan üçmərtəbəli evin üçüncü mərtəbəsində 1 otağın tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti