Bərdədə birmərtəbəli ev yanıb

Hadisə Xəbər 18 May 2019 08:30 (UTC +04:00)

Bakı. Trend:

Bərdədə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Şatırlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti