Bakı. Trend:
Sabirabadda ev yanıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Nizami kəndində ümumi sahəsi 100 m² olan (dam örtüyü qamışdan ibarətdir) birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 65 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.