...

Yasamalda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Hadisə Materials 27 May 2019 18:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində əməliyyat keçirib.
Yasamalda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində əməliyyat keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılan Kürdəmir rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanovdan 50 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 850 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti