...

Masallıda "Mercedes" elektrik dirəyinə çırpıldı - Ölən var

Hadisə Materials 18 İyun 2019 13:15 (UTC +04:00)
Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Masallıda "Mercedes" elektrik dirəyinə çırpıldı - Ölən var

Bakı. Samir Əli - Trend:

Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 17-də saat 14 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində şəhər sakini B.Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Ramal Həsənov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti