Bakı. Trend:
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.