...

Gecə saatlarında Biləcəridə yolu keçən piyadanı maşın vurub öldürdü

Hadisə Materials 24 İyun 2019 14:42 (UTC +04:00)
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Gecə saatlarında Biləcəridə yolu keçən piyadanı maşın vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 24-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Cəlilabad rayon sakini F.Abbasov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti