...

Samuxda 3 otaqlı ev, Tovuzda minik avtomobili yanıb

Hadisə Materials 25 İyun 2019 05:40 (UTC +04:00)
Samuxda və Tovuzda yanğın qeydə alınıb
Samuxda 3 otaqlı ev, Tovuzda minik avtomobili yanıb

Bakı. Trend:

Samuxda və Tovuzda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Samux rayonunun Lək kəndində ümumi sahəsi 88 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tovuz rayonunun Aşağı Mülkülü kəndində “VAZ” markalı minik avtomobilinin ön hissəsi, salonu və 0,5 ha biçilmiş taxıl sahəsi yanıb. Avtomobilin və əkin sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti