...

Xırdalanda azyaşlını vurub qaçan “KamAZ” sürücüsü saxlanıldı

Hadisə Materials 26 İyun 2019 12:34 (UTC +04:00)
Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində itirib.
Xırdalanda azyaşlını vurub qaçan “KamAZ” sürücüsü saxlanıldı

Bakı. Trend:

İyunun 25-də saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti