...

Bakıda çimərlikdə avtomobil yanaraq kül oldu (FOTO)

Hadisə Materials 10 İyul 2019 10:36 (UTC +04:00)
Ötən axşam Bakıda yanğın hadisəsi baş verib.
Bakıda çimərlikdə avtomobil yanaraq kül oldu (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən axşam Bakıda yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan çimərliyində qeydə alınıb. Çimərliyə gələn şəxs avtomobilini dəniz kənarında saxlayıb. Bir qədər sonra onun “AzSamand” markakı avtomobili alışmağa başlayıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovun qarşısını almağa müvəffəq olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti