...

İmişlidə fermada yanğın olub

Hadisə Materials 29 İyul 2019 22:41 (UTC +04:00)
İmişli rayonunda yanğın qeydə alınıb
İmişlidə fermada yanğın olub

Bakı. Trend:

İmişli rayonunda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Otuziki kəndində ümumi sahəsi 1700 m² olan fermanın dam örtüyünün taxta atmaları 150 m² sahədə və fermanın içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti