...

184 əcnəbi saxlanıldı - qanunsuz miqrasiya etdiklərinə görə

Hadisə Materials 30 İyul 2019 10:52 (UTC +04:00)
Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 184 əcnəbi saxlanılıb.
184 əcnəbi saxlanıldı - qanunsuz miqrasiya etdiklərinə görə

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 184 əcnəbi saxlanılıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, onlardan 1-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb.

Saxlanılanlardan 7-nin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 15 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 3-nün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 159 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti