...

Göygöldə yanğın baş verib

Hadisə Materials 22 Avqust 2019 00:30 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub
Göygöldə yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonunun Gəncə kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində 0,5 ha sahədə quru ot, kol-kos və bir neçə ağac yanıb.

Yanğın söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti