...

Ötən gün avtobus qəzasında xəsarət alan qadınların kimliyi məlum oldu

Hadisə Materials 5 Sentyabr 2019 10:05 (UTC +04:00)
Ötən gün baş vermiş avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Ötən gün avtobus qəzasında xəsarət alan qadınların kimliyi məlum oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün baş vermiş avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, sentyabrın 4-də günorta saatlarında Nobel prospektində minik avtomobilinin avtobusla toqquşması nəticəsində iki nəfər qadın müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar 1965-cü il təvəllüdlü Abdullayeva Tamilla Zəfər qızı sol baldırın üçdə bir hissəsinin amputasiyası, 1954 -cü il təvəllüdlü Fərəcullayeva Sara Bayram qızı sol qamış sümüyü və sağ baldırın sınığı xəsarətləri alıblar.

Hazırda həkim nəzarəti altında olan qadınlar reanimasiya şöbəsində müalicə alırlar.

Xatırladaq ki, ötən gün Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti