...

Saatlıda iki avtomobil toqquşdu, ölən var

Hadisə Materials 10 Sentyabr 2019 14:55 (UTC +04:00)
Saatlı rayonunun Qırağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Saatlıda iki avtomobil toqquşdu, ölən var

Bakı. Trend:

Saatlı rayonunun Qırağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 9-da saat 10 radələrində Saatlı rayonunun Qırağlı kəndi ərazisində Bakı şəhər sakini Z.Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Saatlı rayon sakini Taleh İlqaroğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub. Nəticədə T.İlqaroğlu xəstəxanaya aparlılarkən yolda ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti