...

Yevlaxda kafe yanıb

Hadisə Materials 17 Sentyabr 2019 08:49 (UTC +04:00)
Yevlaxda kafe yanıb
Yevlaxda kafe yanıb

Bakı. Trend:

Yevlaxda kafedə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yevlax şəhərinin Varvara kəndində ümumi sahəsi 152 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 56 m² sahədə və içərisində 3 ədəd soyuducu, 2 dəst stol-stul yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti