Bakı. Samir Əli - Trend:
Cəlilabad rayonunun Üçtəpə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 8 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Azəriqaz" istehsalat Birliyindən Trend-ə bildirilib ki, Təhməzov Maarif Abdultalıb oğluna məxsus evdə qazdan istifadə qaydalarının pozulması səbəbindən yanğın hadisəsi baş verib. Ev sahibi isə yanıq xəsarətləri alıb.