...

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən kosmetik vasitələr aşkarlanıb

Hadisə Materials 26 Sentyabr 2019 10:27 (UTC +04:00)
Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən kosmetik vasitələr aşkarlanıb
Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən kosmetik vasitələr aşkarlanıb

Bakı. Trend:

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsində sərnişinlər üçün nəzərdə tutulan oturacaqların altındakı boşluqda, ehtiyat hissələrin altında qara polietilen paketə bükülən 2 ədəd karton qutuda və 3 ədəd paketdə 17 adda, ümumilikdə 243 ədəd kosmetik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti