...

Lerikdə qaz xətti zədələndi, təchizat dayandı (FOTO)

Hadisə Materials 1 Oktyabr 2019 09:50 (UTC +04:00)
Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər.
Lerikdə qaz xətti zədələndi, təchizat dayandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər. Bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti