...

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

Hadisə Materials 17 Oktyabr 2019 14:58 (UTC +04:00)
Nəsimi rayonunun H.Ələsgərova küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda minik avtomobilləri toqquşdu, ölən var

Bakı. Samir Əli - Trend:

Nəsimi rayonunun H.Ələsgərova küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 16-da saat 5 radələrində Nəsimi rayonunun H.Ələsgərova küçəsində Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub. Nəticədə N.Bağırovun sərnişinlərindən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti