...

Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişi itkin düşdü

Hadisə Materials 22 Oktyabr 2019 07:11 (UTC +04:00)
Bakıda 58 yaşlı kişi itkin düşüb.
Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişi itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda 58 yaşlı kişi itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Xətai rayonu, K.Kərmov küçəsi, ev 172, mənzil 34a-da yaşayan, 1961-ci il təvəllüdlü Muradov Bəxtiyar Əli oğlu oktyabrın 18-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

B.Muradovun qızı Xəyalə Muradova polisə müraciət edərək bildirib ki, atasının yaddaş pozuntusu var.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti