...

Sabirabadda avtomobillə vurulan qadın xəstəxanada öldü

Hadisə Materials 22 Oktyabr 2019 21:18 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Sabirabadda avtomobillə vurulan qadın xəstəxanada öldü

Bakı. Trend:

Oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən İ.Kuzmin saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti