...

Bakı-Şamaxı yolunda QƏZA - 1 ölü, 3 yaralı

Hadisə Materials 26 Oktyabr 2019 09:35 (UTC +04:00)
Bu gün səhər Bakı - Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Şamaxı yolunda QƏZA - 1 ölü, 3 yaralı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu gün səhər Bakı - Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı - Şamaxı - Yevlax yolunun 102-ci kilometrliyində qeydə alınıb. Belə ki, Acıdərə istiqamətində baş verən qəzada iki "VAZ" toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi isə qadındır. Yaralananlar müxtəlif dərəcəli xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti