Bakı. Trend:
Gəncədə mebel sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan mebel sexinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü 60 m² sahədə və içərisində 5 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.