...

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə Materials 15 Noyabr 2019 16:38 (UTC +04:00)
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti