...

Qubada 3 dəfə həbsdə yatan şəxs yenidən tutulub - Bu dəfə narkotikə görə (FOTO)

Hadisə Materials 19 Noyabr 2019 13:55 (UTC +04:00)
Üç dəfə həbs olunaraq səkkiz ilə yaxın müddətə məhkumluq həyatı yaşamış rayonun Barlı kənd sakini, 61 yaşlı Fərman Mirişov saxlanılıb.
Qubada 3 dəfə həbsdə yatan şəxs yenidən tutulub - Bu dəfə narkotikə görə (FOTO)

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də bu cinayət əməllərinə görə üç dəfə həbs olunaraq səkkiz ilə yaxın müddətə məhkumluq həyatı yaşamış rayonun Barlı kənd sakini, 61 yaşlı Fərman Mirişov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri, eləcə də şüşə bankada və sellofan torbada saxlanılan, ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti