...

Bakıda qadın və iki azyaşlı qaynar suda yandı

Hadisə Materials 21 Noyabr 2019 10:03 (UTC +04:00)
Bakıda 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Bakıda qadın və iki azyaşlı qaynar suda yandı

Bakı. Samir Əli - Trend:

Bakıda 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda baş verib. Həmin ərazidə yerləşən fərdi yaşayış evlərindən birində qadın və iki azyaşlı uşağının üzərinə qaynar su tökülüb:

"Hadisə nəticəsində yanıq xəsarəti alan 3 nəfər barədə məlumat Təcili Yardım Xidmətinə saat 22.32-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti