...

Şirvanda tapılan uşağın göbək ciyəsini həkim olmayan biri kəsib - Baş həkim

Hadisə Materials 29 Noyabr 2019 11:59 (UTC +04:00)
Şirvan şəhərində tapılan körpənin vəziyyəti stabildir.
Şirvanda tapılan uşağın göbək ciyəsini həkim olmayan biri kəsib - Baş həkim

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şirvan şəhərində tapılan körpənin vəziyyəti stabildir.

Bu barədə Trend-ə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinin baş həkimi məlumat verib. Onun sözlərinə görə, körpə aparata qoşulu vəziyyətdə saxlanılır:

"Qız uşağı olan körpə hüquq-mühafizə orqanları tərəfindən aşkar olunaraq xəstəxanaya təhvil verilib. Hazırda vəziyyəti stabildir və bizim missiyamız o uşağı yaşatmaqdır. Görünüşünə görə, 45-46 santimetr boyu, 2 kilo 400 qram çəkisi olan uşağın 8 aylığında doğulduğu ehtimal olunur. Göbək ciyəsinin kəsiminə görə isə onu həkim olmayan biri kəsib və qeyri-xəstəxana şəraitində doğulub, göbəyi düzgün bağlanmayıb".

Baş həkim bildirib ki, hazırda uşağın sağlam şəkildə yaşaması təmin olunur və müəyyən müddət ərizndə körpə orada qalacaq. Daha sonra hər hansı uyğun ailəyə verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti