...

Ağcabədidə avtomobil kanala düşüb, sürücü boğulub

Hadisə Materials 30 Noyabr 2019 05:37 (UTC +04:00)
Ağcabədi rayonunda "VAZ" markalı minik avtomobili Qarabağ su kanalına düşüb
Ağcabədidə avtomobil kanala düşüb, sürücü boğulub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunda "VAZ" markalı minik avtomobili Qarabağ su kanalına düşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1982-ci il təvəllüdlü Mirzəyev Gündüz Savalan oğlunun meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti