...

Gecə Bakıda ağır qəza - “BMW” hotelə girdi (FOTO/VİDEO)

Hadisə Materials 2 Dekabr 2019 10:00 (UTC +04:00)
Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Gecə Bakıda ağır qəza - “BMW” hotelə girdi (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Neftçilər prospektindən üzü Nobel prospekti istiqamətində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan 99-UX-894 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili idarətməni itirərək iki avtomobilə, daha sonra “Park İNN” hotelinin giriş qapısına çırpılıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı deyilir, hər iki avtomobilə ziyan dəyib, “BMW” markalı minik maşını isə yararsız vəziyyətə düşüb. Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti