...

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı (FOTO)

Hadisə Materials 16 Dekabr 2019 15:31 (UTC +04:00)
"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı (FOTO)

Bakı. Trend:

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3102" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində 1040 ədəd üzərində "Mega Black Devil" yazısı olan və 24 ədəd üzərində "Sky City 10 Shots" yazısı olan pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti