...

Sabunçuda ikimərtəbəli ev yanıb

Hadisə Materials 23 Dekabr 2019 16:57 (UTC +04:00)
Bakının Sabunçu rayonunda yanğın olub.
Sabunçuda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Bakının Sabunçu rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli mansarda tipli 8 otaqlı evin mansardasının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti