...

Bakıda ağır qəza - Ölən var

Hadisə Materials 3 Yanvar 2020 12:18 (UTC +04:00)
Bakı şəhər sakini R.Novruzov “Mercedes” markalı avtomobillə İsrafil Kərimovu vurub
Bakıda ağır qəza - Ölən var

Bakı. Trend:

Bakı şəhər sakini “Mercedes” markalı avtomobillə piyadanı vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 2-də saat 8 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti