...

DİN Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 10 Yanvar 2020 17:32 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 9-da saat 15 radələrində Gəncə şəhər sakini M.Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerliləri Hicran Babayevanı və onun nəvəsi 6 yaşlı F.Babazadəni vurub.

Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib. Nizami (Gəncə) RPİ tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti