...

Ağstafa sakininin avtomobilindən narkotik götürülüb

Hadisə Materials 14 Yanvar 2020 16:46 (UTC +04:00)
Ağstafa şəhər sakininin idarə etdiyi avtomobildən heroin, metamfetamin, marixuana və çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.
Ağstafa sakininin avtomobilindən narkotik götürülüb

Bakı. Trend:

Ağstafa şəhər sakininin idarə etdiyi avtomobildən heroin, metamfetamin, marixuana və çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı-Qazax yolunun 343-cü km-də, BDYPİ-nin Gəncə şəhərinin girişindəki stosionar postunda Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qurbanovun idarə etdiyi “Khazar” markalı avtomobil saxlanılıb.

Salona baxış zamanı oradadn heroin, metamfetamin, 25 qrama yaxın marixuana və çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti