...

Sumqayıtda mənzildə qadın meyiti tapılıb

Hadisə Materials 25 Yanvar 2020 17:53 (UTC +04:00)
İsmalina Raisa Georgiyevnanın meyitini aidiyyəti üzrə təhvil verilib.
Sumqayıtda mənzildə qadın meyiti tapılıb

Bakı. Trend:

Sumqayıtda mənzildə 84 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-ci il təvəllüdlü İsmalina Raisa Georgiyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti