...

Bakıda çap sexində yanğın olub

Hadisə Materials 4 Fevral 2020 10:16 (UTC +04:00)
Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
Bakıda çap sexində yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "Təhsil Nəşriyyat Poliqrafiya" MMC-nin yerləşdiyi dördmərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 85 m² olan cildləmə sexində bir ədəd çap dəzgahı yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti