...

Masallıda iki mərtəbəli ev yanıb

Hadisə Materials 15 Fevral 2020 08:52 (UTC +04:00)
Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 260 m² olan ikimərtəbəli evdə yanğın olub
Masallıda iki mərtəbəli ev yanıb

Bakı. Trend:

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 260 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 210 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti